Dünya şou-biznesində ən çox danışılan cütlüklərindən biri olan Britni Spirslə Sem Asqar münasibətlərini rəsmiləşdiriblər.

Mənbə yazır ki, nikah mərasimi dəbdəbəli keçirilməyib və cütlüyə ən yaxın olan şəxslərin iştirakı ilə baş tutub.

40 yaşlı müğənni ilə 28 yaşlı fitnes müəllimi qonaqları pop ulduzun Kaliforniyadakı villasının həyətində qarşılayıblar.

Digər maraqlı məqam isə nikah mərasimdə Britni Spirsin valideynləri ilə yanaşı 15 və 16 yaşlarında olan oğlanlarının da iştirak etməməsi olub.

Məlumat üçün qeyd edək ki, cütlük altı ilə yaxındır birlikdədir. Britninin həyat yoldaşı olan İran əsilli Sem Asqari doqquz ildir ABŞ-da yaşayır. O, model və fitnes məşqçisi kimi çalışır. Sem və Britni “Slumber Party” klipinin çəkilişləri zamanı tanış olublar.

 

 

.