Böyük Britaniya Rusiyanın hərbi rəhbərliyinin Ukraynaya hücum etmək planının olmaması ilə bağlı sözünə inansa da, hər şeyi sözlə deyil, əməllə ölçür.

Bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə danışıqların nəticələrinə həsr edilmiş mətbuat konfransında bildirib. Birləşmiş Krallığın Moskvadakı səfirliyində baş tutan tədbiri Sky News kanalı canlı yayıb.

“Baş qərargah rəisi Gerasimov kimi, Şoyqu da çox təcrübəli nazirdir. Onlar Ukraynaya hücum etməyəcəklərini dedikdə biz bunu ciddi qəbul etdik. Lakin biz bu sözlərin arxasında duran əmələ də baxacağıq”, deyə britaniyalı nazir qeyd edib.

.