“Rusiya qoşunları Ukrayna ərazisindən çıxmadıqca danışıqlar barədə danışmaq mənasızdır”.

"Sky nuys" xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.

O bildirib ki, rus ordusu Ukrayna ərazisində mövcud olduqca danışıqlara dair çağırışlar məntiqsizdir: “Rusiya bundan ordusunu yenidən qruplaşdırmaq, qoşunlarını gücləndirmək üçün istifadə edəcək”.

Baş nazirin sözlərinə görə, yalnız Rusiya qoşunları Ukrayna ərazisindən çıxandan sonra real müzakirələr barədə danışmaq olar.

.