Böyük Britaniyanın Xüsusi Aviadesant Xidmətinin (SAS) hərbi təlimatçıları Ukraynaya geri dönüb.

The Times xəbər verir ki, hərbi təlimatçılar Kiyev və ətraf ərazilərdə Ukrayna hərbçilərinə təlimlər keçir.

Təlimlərdə əsasən “NLAW” tank əleyhinə raketdən istifadə qaydaları öyrədilir.

SAS hərbçiləri Rusiya-Ukrayna müharibəsi başladıqdan bir neçə gün sonra ölkəni tərk etmişdi.

.