Britaniyada son sutkada 39 237 nəfər koronavirusa yoluxub.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb. Hazırda koronavirusa yoluxanların ümumi sayı 2 149 551 nəfərə çatıb. 

Son sutka ərzində 744 nəfər isə koronavirusa görə həyatını itirib. Bununla da hazırda Britaniyada koronavirusa görə ölənlərin ümumi sayı 69 051  nəfərə çatıb.

.