Böyük Britaniya və Fransa “Moderna” peyvəndinin istifadəsini təsdiqləyib.

“Sky News” verdiyi xəbərə görə, “Moderna” peyvəndi Britaniyada istifadəsinə icazə verilən üçüncü peyvənddir.

Britaniya hökuməti əlavə olaraq bu peyvənddən 10 milyon doza sifariş edib. Daha öncə Britaniya 7 milyon doza sifariş etmişdi. Növbəti dozanın isə martadək Britaniyaya çatdırılacağı gözlənilir.

ƏTRAFLI
Optimal Sərfəlidir
Fransanın Dərmanlara Nəzarət Agentliyi də “Moderna”nın istifadəsini təsdiqləyib. Bildirilib ki, qarşıdakı günlərdə “Moderna” peyvəndinin ilk dozası Fransaya gətiriləcək.

Qeyd edək ki, “Moderna” peyvəndi klinik sınaqlarda 94 faiz effektivlik göstərib.

.