Böyük Britaniya Ukraynaya silah, o cümlədən zirehli texnika göndərməyə davam edəcək.

Bu barədə Baş nazir Boris Consonun dəftərxanası Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon söhbətindən sonra məlumat yayıb.

Məlumatda qeyd edilir ki, tərəflər Ukraynanın təhlükəsizliyi üçün uzunmüffətli həllərin vacibliyini qeyd ediblər. Baş nazir Zelenskiyə bildirib ki, o, Ukraynanın yaxın aylarda suverenliyini qoruya bilməsi üçün müttəfiqlərlə sıx təmasdadır. London yaxın günlərdə Ukraynanın müdafiəsi üçün lazım olan bütün zəruri vasitələri, o cümlədən zirehli texnika göndərəcək.

.