Böyük Britaniya Ukraynaya rekord həcmdə hərbi yardım ayırıb.

Bu barədə Britaniya Müdafiə Nazirliyi X sosial hesabında məlumat yayıb.

Dəyəri 0,5 milyard funt-sterlinq olan növbəti hərbi yardım paketinə atıcı silahlar üçün 4 milyon ədəd güllə, 1600-dən çox zərbə və zenit raketləri, 400 nəqliyyat vasitəsi, o cümlədən 162 zirehli maşın daxildir.

Bu, müharibə başlayandan Britaniyanın Ukraynaya ayırdığı ən böyük hərbi yardım paketidir.

.