“WikiLeaks” sayının qurucusu Culian Assanj yüksək rejimli Belmarş həbsxanasında nişanlısı Stella Morrislə evlənmək üçün Böyük Britaniya Prokurorluğundan icazə alıb.

Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Qeyd olunur ki, mərasim 2021-ci ilin dekabrında baş tuta bilər və çox güman ki, həbsxana kapellasında keçiriləcək, çünki həm Assanj, həm də Cənubi Afrikadan olan hüquqşünas, 38 yaşlı Morris katolik dinini qəbul edib.

Nəşrin mənbələrinə görə, toyun xərci yeni evlənənlərin üzərinə düşəcək. Toya məhbusların, o cümlədən iki şahidin dəvət edilməsinə icazə veriləcək.

Assanj və Morris 2021-ci ilin may ayından etibarən toy etmək imkanı axtarırlar. Cütlük beş ilə yaxındır ki, birlikdədir, onların iki övladı var.

Noyabrın 7-də Culian Assanj və Stella Morris cütlüyün evlənməsinə icazə vermədiyi üçün Böyük Britaniya Ədliyyə Nazirliyinin rəhbərini məhkəməyə verib. Cütlüyün sözlərinə görə, Britaniya hakimiyyəti ABŞ-ın “WikiLeaks”in yaradıcısına qarşı siyasi müharibəsi ilə bağlı onların evliliyinə mane olur.

.