“Rusiya ordusu Ukrayna mövqelərinə artilleriya zərbələri endirməkdə davam edir”.

Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Rusiyanın əsas diqqəti Şərqi Ukraynaya yönəlib. Amma son məqsəd dəyişməz olaraq qalır. Rusiya özünün regional hegemonluğunu təsdiq etməyə çalışır. Biz beynəlxalq tərəfdaşlarımızla birlikdə Ukraynanı dəstəkləməyə davam edirik. Böyük Britaniya hökuməti Ukraynaya bir sıra iqtisadi, humanitar və müdafiə xarakterli hərbi yardım göstərir. Biz Rusiya və Belarusa qarşı əlavə sanksiyalar tətbiq edirik”, - məlumatda vurğulanıb.

.