Böyük Britaniya kiberhücumlarda iştirak edən 18 Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

Bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi tərəfindən dərc edilmiş yenilənmiş "qara siyahı"da qeyd olunur.

Siyahıya Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinin müxtəlif bölmələrinin əməkdaşları daxil edilib.

Sanksiya siyahısındakı ifadəyə görə, onların fəaliyyəti "Birləşmiş Krallığın və ya digər dövlətin bütövlüyünü, rifahını və ya təhlükəsizliyini pozmağa yönəlib". Bundan əlavə, 161-ci Xüsusi Təyinatlı Mütəxəssislərin Hazırlıq Mərkəzi də sanksiyalara məruz qalıb.

.