Bəstəkar Cavanşir Quliyev xalq artisti Brilliant Dadaşovanın arxiv videosunu paylaşıb.

Axşam.az-ın məlumatına görə, videoda B.Dadaşovanın "Əzizim yarımgilə” mahnısını studiyada oxuyan görüntüsü yer alıb. 

Videoya "İndiyənə kimi heç yerdə görmədiyiniz bu video bəstəkar Cavanşir Quliyevin arxivindədir. Mahnı haqda iki maraqlı fakt: İlk ifaçısı Züıfiyyə Xanbabayeva olub. Mahnı rejissor Ramiz Mirzəyevin qızının toyu münasibətilə yazılıb” şərhi qeyd edilib.

 .