BRİKS-ə üzv dövlətlərin xarici işlər nazirlərinin mayın 19-da onlayn formatda görüşü olacaq.

TASS xəbər verir ki, məlumatı Çin Xarici İşlər Nazirliyi yayıb.

Qeyd edək ki, bu təşkilata Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası daxildir. Qurumun adı ölkələrin ingiliscə adlarının (Brazil, Russia, India, China, South Africa) baş hərflərindən götürülüb.

.