"Seçkilərlə bağlı Azərbaycana tövsiyəmiz ondan ibarətdir ki, seçkilər ölkə Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq azad və ədalətli keçirilsin".
APA-nın məlumatına görə, bunu Bakıda ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brink Azərbaycanda təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı deyib.
"ABŞ demokratik prosesləri, insanların sərbəst toplaşması, fikirlərini azad ifadə edə biləcəyi, azad medianın olduğu mühiti dəstəkləyir", - deyə B. Brink qeyd edib.
"Dağlıq Qarabağ münaqişəsinin 20 ildən artıq uzanması, həqiqətən uzun müddətdir".
Bunuda ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brink deyib.
"ABŞ münaqişənin sülh yolu ilə həllini güclü şəkildə dəstəkləyir. Bildiyiniz kimi, ATƏT-in Minsk qrupu həmsədrləri Bakıdadırlar. Onların arasında amerikalı həmsədr də var. Biz münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik və bu məqəsədə çatmaq üçün səylərimizi davam etdirəcəyik", - deyə o qeyd edib.
