Braziliya Milli Konqresinin Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya Gəncə şəhərində səfərdədir.

Deputat Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkib.

Qonaq erməni terroru nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüb. Ona hadisə barədə məlumat verilib.

.