Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva Qəzza zolağındakı müharibəni Adolf Hitlerin cinayətləri ilə müqayisə etdiyi üçün İsraildən üzr istəmək niyyətində deyil.
“CNN Brasil” telekanalı xəbər verir ki, bunu Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Selso Amorim deyib.
“Biz həmişə bir-birimizə böyük hörmətlə yanaşmışıq və iki dövlət yaratmaq ideyasını müdafiə etmişik, amma üzr istəmək üçün heç nə yoxdur”, - S.Amorim bildirib.
O vurğulayıb ki, İsrail özünü getdikcə daha çox təcrid vəziyyətinə salır.
.
