
Braziliya Prezidenti Luis İnasiu Lula da Silva Moskvaya yola düşüb.
Yenizaman TASS-a istinadən xəbər verir ki, səfərdə məqsəd rusiyalı həmkarı Vladimir Putinlə görüş və 9 May – Qələbə Günü münasibətilə keçiriləcək paradda iştirak etməkdir.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya liderinin köməkçisi Yuri Uşakov mayın 9-da hər iki lider arasında ikitərəfli görüşün keçiriləcəyini açıqlayıb.
.