ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza təmas xəttində vertolyotun vurulması hadisəsini şərh edib.
O bildirib ki, hadisə ATƏT-in Minsk Qrupu tərəfindən araşdırmalıdır: "Azərbaycan qoşunları tərəfindən təmas xəttində erməni vertolyotunun uçuşu və Azərbaycan hərbçiləri tərəfindən vurulması ATƏT-in Minsk Qrupu tərəfindən ətraflı araşdırılmalıdır".
Sabiq rəsmi vertolyotun vurulmasında Ermənistan tərəfini günahkar bilib. O qeyd edib ki, ermənilər aqressya ilə qarşı tərəfi təhrik etməyə cəhd edirlər. Brayzanın fikrincə, digər bir səbəb Ermənistan tərəfinin Azərbaycan torpaqlarını işğal etməsidir./virtualaz.org/
.