Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yeni prezidenti öz fəaliyyətinə başlayır.

Bu barədə yeni prezident Miryana Spolyariç "Twitter" hesabında bildirib.

O, bu gündən etibarən BQXK-nın prezidenti kimi fəaliyyətə başladığını deyib: "Münaqişələr böyük insan faciələrinə səbəb olmağa davam etdikcə, BQXK və Qızıl Xaç Qızıl Aypara hərəkatı ehtiyacı olan icmalar üçün həyati əhəmiyyətini saxlayır. Mən bu çox vacib missiyanımızın fəliyyətinin daha da inkişafını səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, xanım Spolyariç bu postda Peter Maureri əvəz edəcək.

.