Türkiyəni silkələyən 2013-cü ilin 17 dekabr "korrupsiya və rüşvət” əməliyyatının koordinatoru, prokuror Zəkəriyyə Öz ittihamlarla üz-üzə qalıb. Bu xəbəri Türkiyənin "dünyabülteni” xəbər saytı yayıb.
Həmin əməliyyatda saxlanılan və sonradan sərbəst buraxılan, milyard dollarla ölçülən layihələrinə həbs qoyulan iş adamı Ali Ağaoğlu prokurorun Dubay istirahətinin xərclərini çəkdiyini bildirib. Z.Öz iş adamının bu iddiasına "Dubayda ailəmlə tətildə olmuşam, amma xərcimi özüm çəkmişəm, iddialar yalandır” cavabını verib.
Adı çəkilən əməliyyat nəticəsində Türkiyənin bir sıra nazirinin övladları, iş adamları, bank rəhbələri şübhəli şəxs qisimində saxlanılıb və çoxsaylı həbslərə səbəb olub.
.