
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun bu gün Azərbaycana səfəri başlayır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ikigünlük səfər çərçivəsində D. Lidinqton Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
.