4 fevral da Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu özünün 71 yaşını qeyd edir.

10 fevral 2017-cı il tarixində isə Polad Bülbüloğlunun Azərbaycanı Moskvada təmsil etməsinin 11 illiyi tamam olur. Bu illər ərzində o, öz ölkəsinin onun qarşısında qoyduğu bütün öhdəlikləri çox uğurla yerinə yetirmişdir. O, çox fəal şəkildə Azərbaycan diasporunun problemlərinin həllində, Azərbaycan mədəniyyətinin yayılmasında iştirak edir, Ermənistan-Azərbaycan- Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və hadisələrin gedişiatı barədə həqiqətlərin Rusiya ictimaiyyətinə çatdırılmasına, eləcə də Azərbaycan-Rusiya münasibətlərinin bütün istiqamətlərdə inkaşafına öz töhfəsini verir. Polad Bülbüloğlunu bütün keçmiş Sovetlər İttifaqında təkcə parlaq diplomat kimi deyil, həmçinin müğənni və bəstəkar, dünyanın bir çox ölkələrində sevilə-sevilə ifa olunan bir çox musiqi əsərlərinin yaradıcısı kimi də tanıyırlar. 1988-ci ildən etibarən 18 il ərzində Polad Bülbüloğlu Azərbaycanın Mədəniyyət Nazirliyinə rəhbərlik etmişdir. Bu bütün Azərbaycan dövləti, həmçinin mədəniyyət və yaradıcı adamları üçün çox mürəkkəb bir dövr idi. Lakin Polad Bülbüloğlu ölkəmizin tarixində çətin bir dönüş nöqtəsi olan həmin zamanda nazirliyin qarşısında duran bütün problemləri həll etdi.

"Novoye Vremya-Yeni zaman” qəzetinin kollektivi olaraq Polad Bülbüloğlunu doğum günü münasibətilə ürəkdən təbrik edirik! Ona Azərbaycanın maraqlarının xeyrinə ən mürəkkəb problemləri həll etməyə hələ uzun illər imkan verəcək daim belə enerjili, pozitiv, yaradıcı insan kimi qalmağı arzulayırıq. Həmçinin paralel olaraq diplomatik və yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar və can sağlığı diləyirik.
.