Noyabrın 7-si Bolqarıstan parlamenti seçkidə qalib olmuş Avropaya inteqrasiya yönümlü QERB Partiyasının lideri Boyko Borisovu baş nazir postuna təsdiqləyib.
"Media forum” xəbər verir ki, deputatların 149-u Boyko Borisovun lehinə, 85-i isə əleyhinə səs verib.
Xatırladaq ki, Bolqarıstan parlamenti Plamen Oreşarski hökumətini iyulun 24-də istefaya göndərmişdi.
Ölkədə növbədənkənar parlament seçkisi isə bu il oktyabrın 5-də keçirilib. QERB bu seçkidə 30 faizdən çox səs toplayıb.
.