Koronavirusa ümumi yoluxmanın 55,1 faizi Bakıya düşür.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, Abşeron 16,3 faiz, Gəncə-Qazax 8,4 faiz, Aran 7,5%, Lənkəran 5,8 %, Quba-Xaçmaz 1,6 %, Şəki-Zaqatala 1,4%, Yuxarı Qarabağ 1,1%, Dağlıq Şirvan 1,2% təşkil edir. Yoluxmanın 1,3 %-i xaricdən gələnlərdə aşkarlanıb.

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. O qeyd edib ki, ən çox yoluxma Binəqədi rayonundadır:

“Binəqədidə yoluxma halları 12.8 faiz, Yasamalda 12.4 faiz, Xətaidə 11.9 faiz, Sabunçuda 11.8 faiz, Nəsimidə 10.4 faizdir. Qeyd edim ki, son günlər Nəsimi rayonunda yoluxma sayında artım müşahidə olunur. Nərimanovda 8.8 faiz, Suraxanıda 8.7 faiz, Nizamidə 8.2 faiz, Qaradağda 5.7 faiz, Səbaildə 4.7 faiz, Xəzər rayonunda 4.2 faiz, Piallahıda  0.3 faiz təşkil edib".
 

.