Türkiyənin BOTAS şirkət və BP Pipelines TANAP layihəsində pay almaq üçün Türkiyə Antiinhisar Komitəsinə müraciət edib. Bu barədə Türkiyə Antiinhisar Komitəsinin saytı məlumat verir.
Xəbərdə deyilir ki, BOTAS TANAP-da 30%, "BP Pipelines" "Gas Corridor Closed Joint Stock company"dən 12% pay (hazırda 100%-i ARDNŞ-yə məxsusdur –Turan) almaq istəyir.
TANAP boru kəməri 2018-ci ilin IV rübündə istismara verilməlidir. Layihənin qiyməti 11,8 mlrd dollardır.
Qeyd edək ki, indiyəcən BOTAS səhmdar olmaq üçün bütün bürokratik pillələrdən keçməyib. Hərçənd ARDNŞ ilə BOTAS arasında razılıq 3 il əvvəl əldə edilib.
.