Hadisə Ağdamın Mahrızlı kəndində baş verib
AzNews.az xəbər verir ki, kənd sakini Vəliyeva Kima Zaman qızı yanıq diaqnozu ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin dindirilmə zamanı o, həyat yoldaşı İsmayıl Əliyev tərəfindən yandırıldığını bildirib.
Ağdam rayon Mərkəzi Xəstəxanasının həkimi Bəhram Qurbanov AzNews.az-a açıqlamasında K.Vəliyevanın vəziyyətinin orta-ağır olduğunu bildirib:
"Qadının aşağı ətrafı yanıb. Huşu başındadır”.
Mahrızlı kənd orta məktəbinin direktoru Sudeyif Məhərrəmov K.Vəliyevanın ibtidai-sinif müəlliməsi olduğunu deyib:
"Kima müəllimə bu gün məktəbə gəlməyib. Hadisə evində münaqişə zəmnində baş verib. Kima müəllimə ərindən boşanmaq istəyirdi, əri razı olmurdu. Sonuncu dəfə Kima müəllimə İsmayılı evdən qovmaq istəyib, dalaşıblar. İsmayılda evdəki kitabların üstünə benzin töküb yandırmaq istəyəndə Kima müəllimə kitabları əlindən almaq istəyib, buna görə də əlləri də, ayaqları da yanıb. Kima müəllimənin 3 qızı var. İkisi ailəlidir. ”
.
