ABŞ MDB-ni ucuz resurs bazasına çevirməklə orada xaos yaratmaq istəyir.

Bunu Rusiya Federal TəhlükəsizlİK Xidmətinin direktoru Aleksandr Bortnikov MDB ölkələri təhlükəsizlik və kəşfiyyat oqranları rəhbərlərinin XX iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, NATO Qara dənizdə döyüş imkanlarını genişləndirməyə və Xəzər dənizinə çıxmağa çalışır.

Bortnikov qeyd edib ki, Alyans Rusiya və Belarus İttifaqı dövlətinin sərhədlərində möhkəmlənir, Arktika və Baltikyanı regionlara sürətlə daxil olur.

FTX rəhbəri bildirib ki, anqlosakslar gizli şəkildə Kiyevi təhlükəli eskalasiyaya, nüvə terror aktları həyata keçirməyə doğru itələyirlər.
“Ukrayna ərazisi dünyanın hər yerindən muzdluların və terrorçuların cazibə yerinə çevrilib. Bu regionda qlobal “kölgə” silah bazarı yaradılıb, onun digər “qeyri-sabitlik zonaları”na transferi davamlı olaraq həyata keçirilir”, - deyə Bortnikov vurğulayıb.

Trampın prezident seçilməsinin Vaşinqtonun xarici siyasətində əsaslı dəyişikliyə səbəb olması ehtimalı azdır

Donald Trampın ABŞ prezidenti seçilməsinin Vaşinqtonun xarici siyasətində əsaslı dəyişikliyə səbəb olması ehtimalı azdır.
Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib.
O, hakimiyyətdən gedən Bayden komandasının daxili siyasi mübarizə çərçivəsində Avrasiyanın regionlarında vəziyyəti mümkün qədər gərginləşdirməyə çalışacağını da istisna etməyib.
FTX rəhbəri qeyd edib ki, Vaşinqtonun Kiyevə Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlər atmağa icazə verməsi istər-istəməz Ukraynada və onun ətrafında münaqişənin kəskinləşməsinə gətirib çıxaracaq. Bortnikovun sözlərinə görə, Ukraynanın mütəşəkkil cinayətkarlığı narkotik istehsalının əhəmiyyətli hissəsinə nəzarət edir və bu amil Rusiyaya qarşı hibrid müharibədə istifadə olunur.
 

.