Ukraynadakı münaqişə yeni dünyanın yaranmasına və Avropa İttifaqının (Aİ) yenilənməsinə aparır.
TASS xəbər verir ki, bunu bu gün Belçikanın Brügge şəhərində Avropa Diplomatik Akademiyasının açılışında Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell çıxışı zamanı deyib.
O qeyd edib ki, “soyuq müharibə”dən sonrakı dövr artıq başa çatıb.
“Rusiyanın Ukraynaya hücumu və Ukraynada müharibənin başlanması ilə “soyuq müharibə”dən sonrakı vəziyyət dəyişib. Biz hazırda yeni dünyanın yaranması dövrünü yaşayırıq, çünki bu müharibə bir çox məsələni və əlbəttə ki, Avropa İttifaqını dəyişir. Bu müharibə başqa bir Avropa İttifaqı yaradacaq”, – Borrel vurğulayıb.
Borrell: Nüvə hücumunun o qədər güclü cavabı olacaq ki, Rusiya ordusu məhv ediləcək
Moskvaya nüvə silahından istifadə ilə bağlı blef etməyə icazə verilə bilməz.
Bunu Belçikanın Brügge şəhərində Avropa Diplomatik Akademiyasının açılışında Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.
“Aydın olmalıdır ki, Ukraynanı dəstəkləyənlər, ABŞ, NATO və Aİ də blef etmir. Nüvə hücumunun cavabı olacaq. Əlbəttə, nüvə cavabı deyil, ancaq Rusiya ordusunu məhv edəcək qədər güclü hərbi cavab olacaq”.
Borrell Kiyevə hərbi dəstəyi davam etdirməyi və mümkün olduqda diplomatik kanallar axtarmağı da qeyd edib.
“Biz indi sülh danışıqlarında etdiyimiz kimi, buna hazır olmalıyıq. Dünyanın müharibəni dayandırması lazımdır”, - Aİ-nin Ali Nümayəndəsi əlavə edib.
.
