
Tbilisidə səfərdə olan Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.
Nazir Darçiaşvili görüşdən sonra mətbuata açıqlamasında Gürcüstan və Aİ arasında ikitərəfli format çərçivəsindəki bütün məsələlərin müzakirə edildiyini açıqlayıb.
Nazir vurğulayıb ki, Gürcüstan Aİ-nin tam üzvü olanadək ölkədə islahatlar prosesi davam edəcək.
.