Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla danışıb.
Borrell bu barədə "Twitter"də bildirib.
“Mən Aİ-nin aydın və vahid mövqeyini bir daha çatdırmaq üçün İran XİN başçısı ilə telefon əlaqəsi saxladım. İranda insanların dinc etiraz etmək və fundamental dəyərləri müdafiə etmək hüququ var. Zorakı repressiyalar dərhal dayandırılmalı, etirazçılar azad edilməli və internetə çıxış təmin olunmalıdır”, - Borrell əlavə edib.
O vurğulayıb ki, səlahiyyətli şəxslər məsuliyyətli davranmalıdır.
.
