"Gürcüstanın Avropa ailəsinə məxsus olmasına heç bir şübhə yoxdur".

Bunu Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə birgə Tbilisidə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Avropa İttifaqı Gürcüstanın, gürcü xalqının Avropaya inteqrasiyası istiqamətində güclü istəyini görürür.

Aİ-nin Ali Nümayəndəsi deyib ki, Gürcüstan hökuməti ölkədə bütün siyasi güclərin Aİ-yə inteqrasiya istiqamətində konstruktiv işləməsi üçün mühit yaratmalıdır. Cozep Borrell bunu gürcü xalqının "milli cəhdi" adlandırıb.

"Siyasi gərginlikdən uzaqlaşmaq lazımdır və bu tarixi şans itirilməməlidir", o deyib.

Aİ-nin Ali Nümayəndəsi vurğulayıb ki, Gürcüstana namizədlik statusunun verilməsi bu ölkənin nəticələrinə və götürdüyü öhdəliklər istiqamətində qazandığı uğurlara əsaslanacaq. Borrell xatırladıb ki, Avropa Komissiyası 12 bəndlik prioritetlər siyahısı təqdim edib və Gürcüstan bu siyahıda 3 sahə üzrə irəliləyiş əldə edib.

"Hələ 9 prioritet sahəsi üzrə irəliləyiş yoxdur, ancaq bu istiqamətdə irəliləyiş üçün Gürcüstanın zamanı var".

Aİ-nin Ali Nümayəndəsi deyib ki, Gürcüstanda siyasi kəskinlik azaldılmalı, ədliyyə və elektoral sahələrdə islahatlar həyata keçirilməli, iqtisadiyyata oliqarxların təsiri aradan qaldırılmalıdır.

Gürcüstan və Rusiya arasında uçuşların bərpasına təəssüf edirik

"Gürcüstan və Rusiya arasında uçuşların bərpasına təəssüf edirik".

Bunu Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə birgə Tbilisidə keçirdiyi mətbuat konfransında deyib.

O vurğulayıb ki, Avropa İttifaqı Ukraynanı dəstəkləyir və "bu dəstək lazım olduğu müddətcə davam edəcək".

"Yaxın müttəffiqlərimizlə Rusiyanın beynəlxalq səviyyədə təcrid olunması istiqamətində səylərimizin koordinasiyası vacibdir", o deyib.

Gürcüstan Prezidentinin impiçmenti risklidir və qütbləşməni artıracaq

Gürcüstanda Prezident Salome Zurabişvilinin impiçmenti məsələsi risklidir və ölkədə qütbləşməni daha da artıracaq.

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Tbilisidə Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında belə deyib.

“Prezidentin impiçmenti məsələsi riskdir və bu vəziyyəti daha da gərginləşdirəcək, qütbləşməni artıracaq. Bütün institutlar birlikdə işləməli və ölkənin Avropa yoluna güclü dəstək verməlidirlər. Gürcüstanın bu prosesdə uğurlu olmaq potensial var”, - Borrell bildirib.

Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Prezident Salome Zurabişvilinin impiçmenti prosesinə başladığını bəyan edib.

.