Böyük Britaniya Baş naziri Boris Conson bu gün Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı vəziyyəti müzakirə etmək üçün telefonla danışmağa ümid edir.

Bu barədə Böyük Britaniya Baş nazirinin Dauniq-strit 10 ünvanında yerləşən iqamətgahından açıqlama verilib.

Qeyd olunub ki, Conson fevralın 1-də Ukraynaya səfər edərək Prezident Vladimir Zelenski ilə də görüş keçirəcək.

Consonu bu səfər zamanı XİN başçısı Liz Trass müşaiyət edəcək.

.