Böyük Britaniyanın Baş naziri Boris Conson “Avroviziya 2023” mahnı müsabiqəsinin Ukraynada təşkil edilməsinə çağırış edib.

Məlumatı "Sky news" yayıb.

“Ukraynalılar “Avroviziya”da qalib gəliblər. Mən bilirəm ki, biz müsabiqədə ikinci yeri tutmuşuq, bu bizim üçün fantastik göstəricidir və mən istərdim ki, müsabiqə bizim ölkəmizdə keçirilsin. Amma fakt budur: Ukrayna qalib gəlib və onun təşkil edilməsinə onlar laiqdirlər”, - deyə Conson bildirib.

Baş nazir qeyd edib ki, ukraynalıların müsabiqəyə ev sahibi edə biləcəklərinə inanır: “Mənim fikrimcə Kiyev və ya hər hansı təhlükəsiz Ukrayna şəhəri “Avroviziya” üçün fantastik bir yer olardı”.

Ukrayna “Avroviziya 2023” mahnı müsabiqəsinə ev sahibliyi edə bilməyəcək. Bu barədə Avropa Yayım Birliyi (EBU) açıqlama verib. Yarış təşkilatçıları mahnı müsabiqəsinə ev sahibliyi etmək üçün Böyük Britaniyaya müraciət etdiklərini bildiriblər.

.