Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə daxil olan məlumatla əlaqədar qatarlara bilet satışı dayandırılıb.

"Report"un hadisə yerində olanəməkdaşı xəbər verir ki, vağzaldan bütün qatar reysləri təxirə salınıb.

Bakı-Sumqayıt qatarı da vaxtında yola düşə bilməyib.

Qeyd edək ki, Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə məlumat vağzalın məlumat mərkzəinə günorta saat 12 radələrində daxil olub.


*** 13:39

Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə polisə məlumat daxil olub.

"Report"un əməkdaşı xəbər verir ki,bombanın vağzalın ikinci mərtəbəsində yerləşən restoranın içinə qoyulduğu bildirilib.

"Azərbaycan Dəmir Yolları” QSC-nin, "ASAN Xidmət”in işçiləri və vətəndaşlar binadantəxliyyə olunub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin,hüquq mühafizə orqanlarının əməkdaşarı hadisə yerindədir.

Axtarışlara təlim görmüş itlər də cəlb edilib.

.