
Qaçaqmalçıların qarşısını ala bilməyən Bolqarıstan hökuməti, Türkiyə sərhəddinə hasar hörmək qərarına gəlib. Bolqarıstan hökuməti, Türkiyə sərhəddinə çəkilən tikanlı məftillərin sərhəd pozucularının qarşısını almaq üçün effektiv olmadığından, daha yüksək, daha enli və daha dərinə hörülmüş hasarın zəruri olduğunu bildirib. Çəkiləcək daş hasarın kilometrinə 500 min avro xərclənəcəyi nəzərdə tutulur..