Bolqarıstanda səfərdə olan Gürcüstan parlamentinin sədri David Usupaşvili bu ölkənin prezidenti Rosen Plevneliyev ilə görüşüb.
"APA-Economics" Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, görüş zamanı bir sıra məsələlərlə yanaşı, Azərbaycan qazının Gürcüstan ərazisi ilə Avropaya tədarükü də müzakirə olunub.
"Azərbaycan qazının Avropaya nəqlinin təhlükəsizliyi məsələsində Gürcüstanın dəstəyinə ümid edirik", - deyə ölkə başçısı bildirib.
.
