Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər.

APA-nın "news.am”a istinadən verdiyi məlumata görə, bu sözləri Bolqarıstan prezidenti Rumen Radev Ermənistana səfəri çərçivəsində ermənistanlı həmkarı Serj Sarkisyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Bolqarıstanın bu münaqişə ilə bağlı mövqeyi aydındır: "Bizim mövqeyimiz münaqişənin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi və Avropa İttifaqının köməyi ilə sülh yolu ilə həll olunmasıdır”.

Bolqarıstan lideri Azərbaycan və Ermənistan prezidentləri arasında aktiv dialoqun aparılmasının vacibliyini də vurğulayıb: "Dialoq emosiyalarsız olmalı, müdrikliyə əsaslanmalıdır”.

.