Bolqarıstan Baş naziri Kiril Petkov hökumətinin istefaya göndərilməsində 3 yerli siyasətçini və Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanovanı ittiham edib.

Lenta.ru xəbər verir ki, Petkov biznesmen və eks-deputat Delyan Peevski, “QERB” partiyasının sədri Boyko Borisov, “Yest takoy narod” partiyasının sədri Slavi Trifonovu və rusiyalı səfiri hökumətin devrilməsində təqsirləndirib.

Bundan əvvəl, Bolqarıstan parlamenti Kiril Petkovun koalision hökumətinə etimadsızlıq göstərib.

.