Bolqarıstan Xarici İşlər Nazirliyi (XİN) 10 rus diplomatını "persona non qrata" elan edib.

TASS xəbər verir ki, bu barədə Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova məlumat verib.

Səfir qeyd edib ki, bu addımı son dərəcə qeyri-dost hərəkət kimi qəbul edirlər.

“Cavab tədbiri hüququnu özümüzdə saxlayırıq”, - diplomat vurğulayıb.

XİN-in məlumatında bildirilib ki, Bolqarıstan bu gün 10 rus diplomatını “persona non qrata” elan edib, onlara ölkəni tərk etmək üçün 72 saat vaxt verilib.

.