Boliviyanın Oruro şəhərində keçirilən karnavalda partlayış olub.

Yenizaman.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Evo Morales özünün "Twitter"dəki mikrobloqunda yazıb.

Məlumata görə, hadisə zamanı azı 6 nəfər ölüb, daha 28 nəfər xəsarət alıb. Ölənlərdən 4-ü uşaqlardır.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Yerli polisin məlumatına görə, partlayışa küçədəki çadırda yeməklə birlikdə qoyulan qaz balonu səbəb ola bilər.
.