
Kolumbiya Prezidenti Qustavo Petronun ABŞ vizasının ləğvi Vaşinqton tərəfindən siyasi təzyiqin və qorxutma cəhdlərinin nümunəsidir.
B fikri Boliviya Prezidenti Luis Arse "X" sosial şəbəkə hesabında yazıb.
"Biz bu siyasi təzyiqi qınayırıq. Bu, Fələstin xalqını müdafiə edən, soyqırımı haqqında açıq danışan və beynəlxalq hüququn, insan haqlarının və xalqların öz müqəddəratını təyin etmə hüququnun prinsiplərini müdafiə edənləri qorxutmaq məqsədi ilə həyata keçirilir", – deyə o yazıb.
Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət Deparatmenti Kolumbiya Prezidenti Qustavo Petronun vizasını ləğv edəcəyini açıqlayıb.
.