BMT Təhlükəsizlik Şurasında Ermənistanla Azərbaycan arasında tezliklə atəşkəs əldə olunmasından, həmçinin vəziyyətin siyasi və diplomatik yollarla həllindən danışılıb.

Bu barədə jurnalistlərə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib.

Rusiyalı diplomat qeyd edib ki, məsləhətləşmələr bağlı qapılar arxasında keçirilib.

“Hamı yekdilliklə tezliklə atəşkəsin və vəziyyətin siyasi-diplomatik yollarla nizamlanmasının tərəfdarı olduğunu söylədi”, - deyə Nebenzya bildirib.

.