BMT Təhlükəsizlik Şurası yanvarın 31-də Ukrayna ilə bağlı iclas keçirəcək.

RİA Novosti xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasında sədrlik edən Norveçin BMT-dəki daimi nümayəndəsi məlumat verib.

“İclas bazar ertəsi saat 11:00-da (red-Bakı vaxtı ilə) keçiriləcək”, - deyə açıqlamada deyilir.

İclasın ABŞ tərəfinin təklifi ilə keçiriləcəyi və Rusiya-Ukrayna sərhəddində yaranmış vəziyyətə həsr olunacağı vurğulanıb.

.