BMT-nin Təhlükəsizlik Şurası Rusiyanın Ukraynaya dair təklif etdiyi qətnamə layihəsini qəbul etməyib.

TASS-ın xəbərinə görə, sənədin lehinə Rusiya və Çin səs verib, əleyhinə səs olmayıb.

Təhlükəsizlik Şurasının digər 13 üzvü bitərəf qalıb. Reqlamentə görə, layihənin qəbul edilməsi üçün TŞ-nin 15 üzvündən azı 9-u lehinə səs verməlidir.

.