
Bu ilin may ayında BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti başa çatıb.
Bu barədə BMT-nin Əhali Fondundan APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, Azərbaycanda mövcud olduqları 30 il ərzində UNFPA hökumətə və digər milli və yerli tərəfdaşlara ana sağlamlığının yaxşılaşdırılmasında, gender zorakılığına qarşı mübarizədə və əhali siyasətinin təşviqində əsas rol oynayıb.
“UNFPA-nın Azərbaycanla qarşılıqlı fəaliyyəti onun Şərqi Avropa və Mərkəzi Asiya üçün regional bölməsi, eləcə də qərargahı vasitəsilə davam etdiriləcək”, - bildirilib.
.