BMT Baş Katibi Antoni Quterriş Vaşinqtonda Tramp tərəfdarları ilə polis arasında baş verən qarşıdurmadan təəssüfləndiyini bildirib.

TASS xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik jurnalistlərə açıqlamasında bildirib. 

O, Baş katibə istinadla qeyd edib ki, ABŞ-ın siyasi liderləri öz tərəfdarlarını zorakılıqdan çəkinməyə, demokratik proseslərə və qanunun aliliyinə hörmət olunmasına çağırış etmələri vacibdir.
 

.