
BMT-nin baş katibi Pan Gi Mun təşkilat üzvlərini "Ebola” virusu ilə mübarizə üçün bir milyard ABŞ dolları ayırmağa çağırıb. APA-nın xəbərinə görə, baş katib bildirib ki, "Ebola” aktual qlobal problemdir və geniş miqyaslı, təcili reaksiya tələb edir: "Bizə daha çox həkim, tibb bacıları, avadanlıq, müalicə mərkəzləri və xəstələrin evakuasiya vasitələri tələb olunur. Mən beynəlxalq ictimaiyyəti 1 milyard ABŞ dolları ayırmağa çağırıram. Bu, bizə hədəfimizə çatmaq üçün kömək olacaq. 1 dekabr tarixinə qədər virusun yayılma sürətini azalda bilərik”.
.