Dekabrın 21-də BMT Baş Assambleyasının xüsusi sessiyası keçiriləcək.

"RİA-Novosti” agentliyi xəbər verir ki, BMT-dəki mənbənin sözlərinə görə, xüsusi sessiyaya Qüdslə bağlı qətnamə layihəsi çıxarılacaq.

Qeyd edək ki, dekabrın 18-də BMT Təhlükəsizlik Şurasında ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarına qarşı hazırlanan qətnamə layihəsi müzakirəyə çıxarılıb. ABŞ qətnamə layihəsinə veto qoyub, qurumun digər 14 üzvü isə onu dəstəkləyib. Fələstin tərəfindən hazırlanan və Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü Misir tərəfindən irəli sürülən sənəddə Qüdsün statusunun dəyişdirilməsi tanınmırdı.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınması və ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi barədə qərarını dekabrın 6-da elan edib. Qərar İsrail istisna olmaqla, dünyanın bütün ölkələri tərəfindən etirazla qarşılanıb.


.