BMT Baş katibi Antonio Quterreş koronavirus pandemiyasının açıq-aydın bitməkdən uzaq olduğunu deyib.

Bunula bağlı Gazeta.ru məlumat yayıb.

“Dörd milyon insan COVID-19-dan dən ölüb. Bu ağrılı mərhələ pandemiyanı məğlub etmək üçün hələ çox yolumuz olduğunu xatırladır. Daha çox miqdarda vaksinlə, daha ədalətli və daha çox həmrəyliklə, sürətlə hərəkət etməliyik”, - deyə Quterreş bildirib.

O qeyd edib ki, peyvəndlərin “ümid işığı verməsinə” baxmayaraq, dünyanın əksəriyyətin bu məsələdə geridə qalıb, virus peyvəndin yayılmasını üstələyib.

Quterreş yeni qlobal peyvənd planı hazırlamağa - peyvənd istehsalının ən azı iki qat artırılması və bərabər paylanmasının təmin edilməsinə çağırıb.

.