BMT-nin Baş katibi Antoniu Quterriş Ukraynada sülhün bərqərar olması üçün şərait yaradılmasının vacibliyinə işarə edib.

TASS xəbər verir ki, bu barədə o, şənbə günü Kambocada ASEAN sammiti çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

“Dialoqun bərpası və sülhün gələcəyi naminə yolların tapılması üçün şərait yaratmaq vacibdir”, - A.Quterriş deyib.

Baş katib əlavə edib ki, sülh sazişinin şərtləri BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanmalıdır.

.